“Neftçi” “Zenit”ə qalib gəldi, Abışov “vida”laşdı

Azərbaycan təmsilçisi “Neftçi” bu gün Bakıda Rusiyanın “Zenit” (Sankt-Peterburq) komandası ilə yoldaşlıq oyunu keçirib.

Arena.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan matçda paytaxt klubunun yetirməsi, “ağ-qaralar”ın və Azərbaycan milli komandasının keçmiş üzvü, sabiq kapitan Ruslan Abışov futbolla vidalaşıb.

Üç qolun qeydə alındığı görüş isə “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Azərbaycan komandasının hər iki qolunu rusiyalı Reziuan Mirzov vurub. O, 9-cu və 62-ci dəqiqələrdə fərqlənib. Rəqibin qolunun müəllifi isə 56-cı dəqiqədə Du Keyros olub.

Xatırladaq ki, bu komandalar iyulun 1-də Sankt-Peterburqda “Match TV” kubokunda üz-üzə gəlmişdiər. Həmin qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanmışdı.

Yoxlama oyunu
18 noyabr

Neftçi – Zenit 2:1
Qollar: Reziuan Mirzov, 9; 62 – Du Keyros, 56.
Baş hakim: Rauf Cabbarov.
Yan xətt hakimləri: Namiq Hüseynov, Vüsal Məmmədov.
Dördüncü hakim: Rauf Allahverdiyev.
VAR hakimi: Rəşad Əhmədov
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Bakı. “Neftçi Arena”.

Neftçi: 93. Rza Cəfərov, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 15. Ruslan Abışov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev (k), 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 44. Yuri Matias, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.

Zenit: 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyros, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor
Baş məşqçi: Sergey Semak.

Xəbəri sosial şəbəkələrdə paylaş: