Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
İkinci Liqa təmsilçilərindən “Füzuli” “Lerik”lə, “Qusar” “Şahdağ Qusar”la, “Göygöl” də “Dinamo” ilə qarşılaşıb. Qusar derbisində qalib penaltilər seriyasında müəyyənləşib. “Şahdağ Qusar” növbəti mərhələyə adlayan tərəf olub. Bu komanda ilə yanaşı, “Lerik” və “Göygöl” də növbəti mərhələdə oynamaq hüququ əldə edib.
Bu gün baş tutan oyunlardan sonra Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinin bəzi cütləri bəlli olub. Premyer Liqa təmsilçilərindən “Turan Tovuz” və “Sumqayıt”, eləcə də Birinci Liqa təmsilçisi “Qaradağ Lökbatan” İkinci Liqa klublarından hansının onlara rəqib olacağını bilib:
“Turan Tovuz” – “Göygöl”
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
“Lerik” – “Sumqayıt”
Azərbaycan Kubokunda ilk təsnifat mərhələsinin qalan oyunları 19-20 noyabrda keçiriləcək.
Azərbaycan Kuboku
Birinci təsnifat mərhələsi
18 noyabr
“Füzuli” – “Lerik” 0:1
Qol: Rəvan Quluzadə, 58.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”, 13:00.
“Qusar” – “Şahdağ Qusar” 0:0 (penaltilər 4:5)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
“Göygöl” – “Dinamo” 2:1
Qol: Ziyabil Məmmədov, 75. Vüqar Əşrəfli, 76 – Valeh Seyidov, 90+1.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl OİK stadionu, 14:30.


