Basketbol Liqası: “Gəncə” bu mövsüm ilk qələbəsini qazandı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 4-ci turunun növbəti oyunu baş tutub.

Arena.az xəbər verir ki, ikinci oyun gününə bir qarşılaşma təsadüf edib.

Gəncə Olimpiya İdman Kompleksində yerli “Gəncə” doğma azarkeşləri önündə “Xırdalan” basketbolçularını qəbul edib. Oyunun sonlarına yaxın üstünlüyünü möhkəmləndirən “Gəncə”, rəqibi üzərində 88:74 hesablı qələbə qazanıb. Bu gəncəlilərin çempionatda ilk qələbəsi olub. “Gəncə”nin ən məhsuldar basketbolçusu İrşad Hant olub – 26 xal, 13 ribaund. “Xırdalan”da isə Cessi Qi fərqlənib – 21 xal, 5 asist.

4-cü turun növbəti görüşləri (“Şəki” – “Cəlilabad”, “Sabah” – “Sərhədçi”) noyabrın 19-da keçiriləcək. Daha öncə “Xəzri” “NTD-İndiqo”ya 71:86, “Sumqayıt” isə “Neftçi”yə 73:90 hesabıyla məğlub olub.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xəzri (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
  2. Neftçi (4 oyun, 3 qələbə, 1 məğlubiyyət) – 7 xal
  3. NTD-İndiqo (2 oyun, 2 qələbə) – 6 xal
  4. Xırdalan (4 oyun, 2 qələbə, 2 məğlubiyyət) – 5 xal
  5. Sumqayıt (4 oyun, 1 qələbə, 3 məğlubiyyət ) – 5 xal
  6. Gəncə (4 oyun, 1 qələbə, 3 məğlubiyyət) – 5 xal
  7. Sabah (2 oyun, 2 qələbə) – 4 xal
  8. Cəlilabad (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
  9. Sərhədçi (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
  10. Şəki (3 oyun, 3 məğlubiyyət) – 3 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: