“Barselona” Qavinin zədəsi müqabilində pul “qazanacaq”

“Barselona” komandanın mərkəz yarımmüdafiəçisi Qavinin zədələnməsi müqabilində FIFA-dan 3 milyondan 4,3 milyona qədər təzminat alacaq.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Xatırladaq ki, Qavi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan yığma komandaları arasında keçirilmiş oyunda (3:1) zədələnib. İlkin tibbi müayinə Qavinin 6-8 müddətinə sıradan çıxdığını təxmin edir, futbolçunun dizində çarpaz bağların yırtığı aşkarlanıb.

“Barselona”nın alacağı təzminat FIFA-nın klublar müdafiə proqramı çərçivəsində ali futbol qurumu tərəfindən ödənilənəcək. Təzminat oyunçunun zədələnməsindən sonra 28-ci gündə ödənilməyə başlanılacaq və onun sabit maaşından asılı olacaq. Bir oyunçunun zədələnməsinə görə mütləq təzminat illik 7,5 milyon avro və ya gündə 20,548 avro məbləğindədir. “Basa”ya ödəniləcək ödənişlərin məbləği dekabrın 16-dan etibarən hesablanacaq.

Qavinin sıradan çıxdığı müddəti nəzərə alsaq (6 aydan 8 aya qədər), FIFA-nın ödəyəcəyi təzminatın məbləği 3 082 200 avrodan 4 315 080 avroya qədər ola bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: