Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin nigerli legioneri İssa Cibrilla ölkəsinin milli komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Niger milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Zambiya ilə qarşılaşıb.
Doğma meydanda baş tutan oyun nigerlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İssa bu oyuna start heyətdə çıxıb və 74-cü dəqiqədə əvəzlənib. 27 yaşlı futbolçu əvəzləndiyi dəqiqədə sarı vərəqə də alıb. Komandasının ikinci qolunun məhsuldar ötürməsini də “Zirə”nin futbolçusunu verib.
Xatırladaq ki, İssa Cibrilla bu ilin yanvarından formasını geyindiyi “Zirə”də cəmi 15 oyuna çıxıb, 1 qol vurub. Hücumameyilli yarımmüdafiəçi Niger yığmasında 21 oyun keçirib və 4 qol vurub.


