Məşhur “Tuttomercatoweb” portalı İtaliya A Seriyasında ən yüksək maaş alan futbolçuların siyahısını dərc edib.
Arena.az məlumat verir ki, siyahıya üç futbolçu başçılıq edir.
“Roma”da icarə əsasında çıxış edən belçikalı mərkəz hücumçusu Romelu Lukaku, “Yuventus”un futbolçuları – serb mərkəz hücumçusu Duşan Vlahoviç və fransız mərkəz yarımmüdafiəçisi Adrien Rabyo ilə 7 milyon avro qazanırlar.
“Qoca sinyora”nın qapıçısı Voytsex Şensnı isə 6,5 milyon avro məbləğində maaşla ikinci pillədə yer alıb.
“İnter”dən Hakan Çalhanoğlu, Lautaro Martines, Markus Türam və “Yunentus”dan Aleks Sandro – 6 milyon avro məbləğində əməkhaqqı ilə üçüncülüyü bölüşürlər.
Siyahıdakı digər adları təqdim edirik:
Alessandro Bastoni (“İnter”) – 5,5 milyon avro;
Nikolo Barella, Benjamen Pavar (hər ikisi “İnter”), Federiko Kyeza, Bremer (hər ikisi “Yuventus”) və Rafael Leau (“Milan”) – 5 milyon avro;
Temmi Abraham və Leandro Paredes (hər ikisi “Roma”) – 4,5 milyon avro;
Danilo (“Yuventus”), Luis Alberto, Çiro İmmobile (hər ikisi “Latsio”), Kristian Pulişiç, Ruben Loftus-Çik, Samuel Çukvueze, Teo Ernandes (dördü də “Milan”) və Evan N’Dika (“Roma”) – 4 milyon avro;
Stefan de Vrey, Henrix Mxitaryan (hər ikisi “İnter”), İsmael Bennaser (“Milan”) və Paulo Dibala (“Roma”) – 3,8 milyon avro.


