Gənclər Liqası: “Qəbələ” Yunanıstan klubuna qarşı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin ikinci mərhələsində Yunanıstanın “Olimpiakos” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparır.

Azərbaycan futbolu tarixində ikinci dəfə bu raundda mübarizə aparan “Qəbələ” bu rəqibi ilə doğma stadionda keçirdiyi oyunda 0:3 hesablı məğlubiyyətə üzülüb. Səfərdəki matçın da çətin keçəcəyi şübhə doğurmur.

Xatırladaq ki, Azərbaycn təmsilçisi bu turnirin birinci mərhələsində “Puşkaş Akademiya”sını (Şimali Makedoniya) mübarizədən kənarlaşdırmışdı – 1:1, 1:0.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələnin cavab oyunu

29 noyabr

19:00. “Olimpiakos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Ceymi Robinson.
Baş hakimin köməkçiləri Adam Ceffri, Endryu Neteri (hamısı Şimali İrlandiya).
Pirey. Georgios Karaiskakis stadionu.
İlk oyun – 3:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: