Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Milan” üzərində qələbəni şərh edib.
Arena.az məlumat verir ki, “Cüzeppe Meazza”ya səfərində 3:1 hesablı inamlı qələbə qazanmış “Borussiya” turnirin 1/8 final mərhələsinə erkən vəsiqəsini təmin edib.
“Çox şadıq ki, “ölüm qrupu”nu vaxtından əvvəl adlaya bildik. İki səfər oyununda qələbə qazanmağımızı da təbii qəbul etmək lazım deyil. Ayaq üstə qalmaqda çətinlik çəkən bir neçə oğlanımız vardı. Həkim bizə kimin 30 dəqiqə, kimin 45 və kimin 60 dəqiqə oynaya biləcəyini əvvəlcədən söyləmişdi. İndi sağalmaq üçün azca daha vaxtımız var, çünki sonra biz yalnız Bazar günü oynayacağıq”, deyə Edin Terziç komandanın çiyinlərindən ağır yük götürüldüyünü başa düşməyə əsas verib.
Hazırda “F” qrupuna 10 xalla “Borussiya” başçılıq edir. Almaniya komandası ələmə mərhələsinə vəsiqəsini təmin edib. PSJ-nin 7 xalı, “Nyukasl” və “Milan”ın isə 5 xalı var. Göründüyü kimi, qrup ikinciliyi uğrunda qızğın mübarizə sonuncu, 6-cı tura qalıb.


