Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” klubu tarixinin ən böyükhesablı qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda buna Azərbaycan kubokunun ikinci təsnifat mərhələsində imza atıblar.
“Gənclik şəhəri” təmsilçisi “Lerik”lə səfər görüşündə 6:0 hesablı qələbə qazanıb. Bu, 2010-cü ildə yaradılan klubun tarixində 6 top fərqli ilk qələbədir.
“Sumqayıt” buna qədərki ən böyük qələbəsini Premyer Liqada əldə etmişdi. 2022-ci il mayın 21-də “Səbail”lə ev görüşündə “Gənclik şəhəri” təmsilçisi 5 cavabsız qolla qalib gəlmişdi.
Xatırladaq ki, sumqayıtlılar Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Karvan”la üz-üzə gələcəklər.


