Yakob Neestrup ÇL haqda: “Kopenhagen”in imkanı öz əlindədir”

“Kopenhagen”in baş məşqçisi Yakob Neestrup Çempionlar Liqasının 5-ci turunda “Bayern”lə səfər oyunundan (0:0) sonra fikirlərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən Neestrupun müvafiq xüsusda fikirlərini təqdim edir:

“Hələ sevinəcək heç nəyimiz yoxdur. “Qalatasaray”la oyunda başladığımız işi uğurla başa vurub pley-offa yüksəlmək üçün əlimizdən gələni edəcəyik.

Bir çox ssenarilərin mümkün olduğunu bilirəm, amma düşünürəm ki, azarkeşləri təəccübləndirməyi bacardıq. Biz təkcə pley-offa çıxmaq üçün mübarizə aparmırıq – taleyimiz öz əlimizdədir. Hər şey yalnız bizdən asılıdır”, deyə danimarkalı mütəxəssis vurğulayıb.

5 turdan sonra “Kopenhagen”in yer aldığı “A” qrupuna 13 xalla Almaniya nəhəngi “Bayern” liderlik edir. “Kopenhagen” və “Qalatasaray” 5 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. “Mançester Yunayted” isə 4 xalla autsayderdir.

Sonuncu, 6-cı turda qrup ikinciliyinin taleyi həll olunacaq: “Kopenhagen” “Qalatasaray”ı qəbul edəcək və tərəflər ancaq qələbəyə oynayacaqlar. “Mançester Yunayted” isə evdə “Bayern”i məğlub etməyə çalışacaq və digər cütün oyununda heç-heçəyə ümid bağlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: