Valter Massari “Real”la oyun haqda: “2:3-ə qədər hər şey yaxşı idi”

“Napoli”nin baş məşqçisi Valter Massarri Çempionlar Liqasının 5-ci turunda “Real”a məğlubiyyəti (2:4) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Buraxdığımız üçüncü qola qədər yaxşı imkanlar yarada bildik. Biz özümüz də “Real”a qarşı üçüncü qolu vura bilərdik. Hesab 2:3 olana qədər komanda çox yaxşı oynadı. “Real”ın təhlükəli əks-hücumlarının qarşısını yüz faiz ala bilmədik.

“Napoli”nin əla oyunçu seçimi var, biz indikindən daha uğurlu çıxış edə bilərik. Niyə Osimhen oyunun yalnız ikinci hissəsində meydana çıxdı? Biz onun səhhətini riskə atıb bir hissədən artıq müddətə oyuna buraxmaq istəmədik”, deyə Valter Massari bildirib.

Beləliklə, “Real” 5 turdan mütləq nəticə – 15 xalla “C” qrupunun vahid lideridir, “qaymaqlılar” hələ ötən tur ələmə mərhələsinə vəsiqəni təmin etmişdilər. “Napoli”nin 7, “Braqa”nın 4 xalı var və qrup ikinciliyi uğrunda mübarizə sonuncu, 6-cı turda Neapolda bu komandalar arasında həllini tapacaq. Autsayder “Union Berlin”in isə 2 xalı var və Dəmir İttifaq”ın Avropa Liqasına düşmək üçün nəzəri imkanı qalır. Bunun üçün “Union” Berlində “Real”ı istənilən hesabla məğlub edib, digər cütdə “Napoli”nin qələbəsinə ümid bəsləməlidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: