Rayan Kent “Fənərbaxça”nı tərk etməyə hazırlaşır

Türkiyənin “Fənərbaxça” klubunun bu mövsümün əvvəlində heyətinə qatdığı Rayan Kent, qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi İsmail Kartalın daha çox Avropa Konfrans Liqasında şans verdiyi oyunçu mövsümün ortasında komandanı tərk edə bilər. Buna onun ölkəsindən cəlbedici təkliflər alması səbəb göstərilir. Belə ki, İngiltərə Premyer Liqa təmsilçilərindən olan “Nottingem Forest” Rayanı komandaya cəlb etmək üçün “Fənərbaxça”ya icarə təklifi göndərib. İngilis klubu “sarı-lacivərdlilər”in cavabını gözləyir.

Bundan başqa digər ingilis klubuları – “Lids Yunayted” və “Bornmut”un da Rayan Kentlə maraqlandığı iddia olunur.

Rayan Kent bu ilin yayında Şotlandiyanın “Reyncers” klubundan azad agent kimi ayrılaraq “Fənərbaxça” ilə 4 illik müqavilə bağlayıb. 27 yaşlı sol cinah vingeri indiyə qədər İstanbul klubunda 15 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Reyncers”dən başqa “Barnsli”, “Koventri Siti”, “Bristol Siti”, “Frayburq” və “Liverpul”da da oynayıb, İngiltərənin U-18 və U-20 yığmalarının şərəfini qoruyub.

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: