A Seriyası: “Napoli” “İnter”ə evdə böyük hesabla uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Leççe” – “Bolonya” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Altı qolluq “Udineze” – “Verona” matçında da qalib müəyyənləşməyib.

Səfərdə “Sassuolo” ilə qarşılaşan “Roma” turu əzmkar qələbə ilə başa vurub.

“Fiorentina” doğma meydanda “Salernitana”nı 3 cavabsız qolla məğlub edib.

Turun mərkəzi oyununda son çempion “Napoli” doğma meydanda lider “İnter”lə qarşılaşıb. Bu oyunda Milan təmsilçisi 3 xalı 3 cavabsız qolla qazanıb.

Tura sabah keçiriləcək “Torino” – “Atalanta” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
14-cü tur
1 dekabr

Montsa – Yuventus 1:2
Qollar: Karboni, 90+1 – Rabyo, 12. Qatti, 90+4.

2 dekabr

Cenoa – Empoli 1:1
Qollar: Malinovski, 37 – Kançelyeri, 67.

Latsio – Kalyari 1:0
Qol: Pedro, 8.

Milan – Frozinone 3:1
Qollar: Yoviç, 43. Pulişiç, 50. Tomori, 74 – Breşianini, 82.

3 dekabr

Leççe – Bolonya 1:1
Qollar: Pikkoli, 90+1—pen – Likoyannis, 68.

Fiorentina – Salernitana 3:0
Qollar: Beltran, 6. Sottil, 18. Bonaventura, 56.

Udineze – Verona 3:3
Qollar: Kabasele, 16. Lukka, 30; 72 – Dyuriçiç, 37. Nqonqe, 61. Henri, 90+7.

Sassuolo – Roma 1:2
Qollar: M.Enrike, 25 – Dibala, 76. Kristensen, 82.

Napoli – İnter 0:3
Qollar: H.Çalhanoğlu, 44. Barella, 62. Türam, 85.

4 dekabr

23:45. Torino – Atalanta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: