Kristof Qaltye müsəlman futbolçunun transferini niyə istəməyib?

2021-ci ildə “Nitsa”nın o vaxtkı baş məşqçisi Kristof Qaltyenin klubun əlcəzairli vingeri Bilal Braimini almasına münasibəti məlum olub.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir:

“Daha bir müsəlman. Mən bunu istəmirəm, bizdən yetər artıq”, deyə Qaltye Braiminin transferi xəbərinə münasibət bildirib.

Xatırladaq ki, cari ilin yayında Qaltye və oğlu Con Valoviç 2021-ci ildə ayrıseçkilik və irqçi ifadələr işlətmək ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Dindirildikdən sonra Qaltye və oğlu sərbəst buraxılıb. Valoviçə qarşı ittihamlar da götürülüb.

Dekabrın 15-də bu iş üzrə fransalı mütəxəssisin məhkəməsinin keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl mətbuatda onun 3 ilə qədər həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: