Kataloniya nəhəngi “Barselona”nın sabiq prezidenti Joan Qaspar “Real” və “Espanyol”a münasibətindən danışıb.
Arena.az “Madrid Universal” dərgisinə istinadən, Qasparın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Real”a münasibətdə “Espanyol”a olduğundan daha çox vəsvəsəm var. “Espanyol”un Primeraya qayıtmasını istədiyim qədər, “Real”ın da ikinci diviziona fitilləməsini istəyirəm”, deyə Qaspar bildirib.
Xatırladaq ki, “Espanyol” “Barselona”nın əsas rəqibidir, çünki bu klubların hər ikisi Kataloniyanı təmsil edir. Bu mövsüm “tutuquşular” İspaniya Sequndasında mübarizə aparırlar. Sequndanın 18 turundan sonra “Espanyol” 31 xal toplayıb və hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Joan Qaspar 2000-2003-cü illərdə “Barselona”nın prezidenti olub.


