Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Verona” – “Latsio” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beş qolun qeydə alındığı “Atalanta” – “Milan” matçında meydan sahibləri qələbə qazanıblar.
Milanın digər təmsilçisi “İnter” isə doğma meydanda “Udineze”ni 4 cavabsız qolla məğlub edib.
15-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
15-ci tur
8 dekabr
Yuventus – Napoli 1:0
Qol: Qatti, 51.
9 dekabr
Verona – Latsio 1:1
Qollar: Henri, 70 – Zakkayni, 23.
Atalanta – Milan 3:2
Qollar: Lukman, 38; 55. Muriel, 90+5 – Jiru, 45+3. Yoviç, 80.
İnter – Udineze 4:0
Qollar: H.Çalhanoğlu, 37. Dimarko, 42. Türam, 44. L.Martines, 84.
10 dekabr
15:30. Frozinone – Torino
18:00. Montsa – Cenoa
18:00. Salernitana – Bolonya
23:45. Roma – Fiorentina
11 dekabr
21:30. Empoli – Leççe
23:45. Kalyari – Sassuolo


