Premyer Liqa təmsilçisi “Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 16-cı turuna təsadüf edib.
25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev yalnız “Sumqayıt”da forma geyinib.
Onun debütü 2018/2019 mövsümünə təsadüf edib. Murad 2018-ci il avqustun 18-də “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.
Qeyd edək ki, “Sumqayıt” bu oyunda 1:6 hesabı ilə uduzub.
Murad Xaçayev 2018-ci ilin iyul ayından “Sumqayıt”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində bütövlükdə 113 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub.


