Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ ilə oyununu (1:1) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən Terziçin bu barədə fikirlərini təqdim edir:
“Bu gün çox yaxşı oyun keçirdik və bu çətin qrupda qalib gəldiyimiz üçün şadıq. Əlbəttə ki, PSJ kimi komandaya qarşı rəqibin imkanı olmadan oynaya bilməzsən. Nəhayət sonunda bu qrupda ən yaxşı olmaq üçün çox çalışdıq. İndi biz növbəti mərhələdə də sabit surətdə yaxşı oynamağa davam etməliyik”, deyə Edin Terziç bildirib.
“Borussiya” “F” qrupunu 11 xalla 1-ci, PSJ isə 8 xalla 2-ci yerdə başa vurub. Hər iki komanda UEA Çempionlar Liqasının ələmə mərhələsində çıxış edəcək. “Milan” 8 xalla Avropa Liqasına yollanıb. “Nyukasl” isə 5 xalla cari mövsümdə avrokuboklarda iştirakına son verib.


