“Espanyol” “Atletiko” ilə oyuna görə məhkəməyə müraciət etdi

“Espanyol” ötən La Liqanın 36-cı turunda “Atletiko” ilə oyunda (3:3) hakimin mübahisəli qərarına görə mülki məhkəməyə müraciət edib.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Dekabrın 13-də Madrid məhkəmələri “Espanyol” – “Atletiko” oyununda baş vermiş hadisələrlə bağlı yeni dəlillər təqdim ediblər. Məlumatı dərhal hüquq xidmətlərimizə təhvil verdikdən sonra “Espanyol” öz maraqlarını qorumaq üçün hüquqi tədbirlər görməyə qərar verdi.

Həmin oyunda baş verənlər idmanda başa düşülən insan səhvindən çox uzaqdır. Bu qərar və digər hallar, fikrimizcə, 38-ci turun “Almeriya” ilə oyununda (3:3) meydanda bunun qarşısını ala biləcəyimiz, aşağı liqaya düşməyə həlledici təsir göstərdi”, – klubun bu barədə bəyanatında deyilir.

Xatırladaq ki, “Atletiko” ilə oyunda hakim, “döşəkçilər”in hücumçusu Antuan Qrizmanın vurduğu mübahisəli qolu hesaba almışdı. Mövsümün sonunda isə “Espanyol” Sequndaya yuvarlanmışdı.
Hazırda bu işlə əlaqədar hadisələrin inkişafı gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: