PSJ-nin ehtiyat qapıçısı Aleksandr Letelyenin evinə futbolçu ailəsi ilə birlikdə binada olarkən quldurluq məqsədilə 4 nəfər soxulub.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Bildirilir ki, bu gecə quldurlar evə daxil olaraq, qapıçını bıçaqla hədələyiblər. Onlar Letelye ailəsindən qızıl-zinət əşyaları, pul tələb etməyə başlayıblar. Cinayətkarların Letelyenin həyat yoldaşının üzünə zərbə vurduğu vurğulanır. Amma hücumdan əvvəl, vaxtında işə düşmüş həyəcan siqnalı sayəsində, Letelye ailəsinin üzvləri polis cağırmağa macal tapıblar. Polis quldurlar hadisə yerini tərk etməmişdən əvvəl özünü yetirib və cinayətkarlardan üçünü həbsə ala bilib. Saxlanılanlardan ikisinin yetkinlik yaşına çatmayan şəxslər olduğu məlum olub.
Ağır sarsıntı keçirmiş Letelye ailəsinə yardım göstərilib. Polis hadisəni araşdırır.
Xatırladaq ki, Aleksandr Letelye 2020-ci ilin sentyabrından PSJ-də çıxış edir. O, Paris təmsilçisinin öz yetirməsi olsa da, bu klubun əvəzedici komandasında oynadıqdan sonra “Anje”yə transfer olunub. Qolkiper PSJ-yə qayıdana qədər “Yanq Boyz”, “Trua”, “Sarpsborq”, “Orlean” klublarının da uğurları üçün çalışıb.


