Braziliya millisinin keçmiş müdafiəçisi Daniel Alvesin məhkəməsi 2024-cü il fevralın 5-dən 7-dək davam edəcək.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
Xatırladaq ki, Dani Alves cari ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb. Bu səbəbdən Dani Alvesi 12 il həbs cəzası gözləyir.
Daha əvvəl Barselona məhkəməsinin keçmiş müdafiəçinin işi üzrə istintaqı yekunlaşdırdığı və məhkəmənin tezliklə Daniel Alvesin barəsində qərar verəcəyi haqda məhkəmə prosesinin başlayacağı barədə məlumat verilmişdi.


