A Seriyası: “Napoli” “Roma”ya uduzdu, “Yuventus”la “İnter” sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

Səfərdə “Frozinone” ilə qarşılaşan “Yuventus” çətin qələbəyə sevinib. Turinin digər təmsilçisi “Torino” isə doğma meydanda “Udineze” ilə sülhə razılaşıb.

“Bolonya” “Atalanta”nı, “Verona” “Kalyari”ni məğlub yola salıb. Lider “İnter” “Leççe”ni, “Roma” da son çempion “Napoli”ni 2 cavabsız qolla məğlub edib.

Beləliklə, 17 turdan sonra 44 xala malik “İnter” vahid liderdir. “Yuventus” 40 xalla ikinci, “Milan” 33 xalla üçüncü pillədə qərarlaşıb. “Bolonya”nın 31, “Fiorentina”nın 30, “Roma”nın 28, “Napoli”nin 27, “Atalanta”nın 26, “Latsio” və “Torino”nun 24, “Montsa”nın 21, “Leççe”nin 20, “Cenoa” və “Frozinone”nin 19, “Sassuolo”nun 16, “Verona” və “Udineze”nin 14, “Kalyari”nin 13, “Empoli”nin 12, sonuncu olan “Salernita”nın isə 9 xalı var.

İtaliya, A Seriyası
17-ci tur
22 dekabr

Empoli – Latsio 0:2
Qollar: M.Genduzi, 9. Zakkayni, 67.

Sassuolo – Cenoa 1:2
Qollar: Pinamonti, 28 – Qudmundsson, 64-pen. Ekuban, 87.

Montsa – Fiorentina 0:1
Qol: Beltran, 7.

Salernitana – Milan 2:2
Qollar: Fasio, 42. Kandreva, 63 – Tomori, 17. Yoviç, 90.

23 dekabr

Frozinone – Yuventus 1:2
Qollar: Baez, 51 – K.Yıldız, 12. Vlahoviç, 81.

Bolonya – Atalanta 1:0
Qol: Ferquson, 86.

Torino – Udineze 1:1
Qollar: İliç, 88 – Zarraqa, 81.

İnter – Leççe 2:0
Qollar: Bissek, 43. Barella, 78.

Verona – Kalyari 2:0
Qollar: Nqonqe, 53. Dyuriç, 90.

Roma – Napoli 2:0
Qollar: Pelleqrini, 76. Lukaku, 90+5.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: