“Sumqayıt” komandasının Antalya toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblərinin adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, sözügedən komanda yanvarın 12-də Rumıniyanın “Hermanştadt” klubu ilə üz-üzə gələcək.
Yanvarın 16-da isə Premyer Liqa klubunu Özbəkistanın “Soqdiana” kollektivi ilə qarşılaşma gözləyir.
Xatırladaq ki, Sumqayıtın eyniadlı təmsilçisi mövsümün ikinci yarısı üçün yanvarın 6-da Türkiyəyə yollanacaq. Komanda 6-17 yanvar aralığında Antalya şəhərində hazırlıq keçəcək.
Hazırda istirahətdə olan bu komandanın üzvləri yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaqlar. Doğma şəhərdə baş tutacaq ilkin hazırlıq prosesi üç gün davam edəcək. Yanvarın 6-da Antalyaya yollanacaq Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq.
“Sumqayıt”ın daha öncə hazırlıq müddəti ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacağı açıqlanmışdı.


