“Cenoa” klubu kosovoəsilli britaniyalı müğənni Rita Oranın komandanın yeni formasında fotosunu sosial şəbəkələrdə dərc edib.
Arena.az xəbər verir ki, İtaliya klubu yeni üçüncü formasını dekabrın 14-də təqdim edib. Bu köynək qızılı rəngdə hazırlanıb. Güman ki, İtaliya klubu cazibədar xanımın sayəsində diqqət çəkməyi hədəfləyir.
Hazırda “Cenoa” İtaliya A Seriyasının 17 turundan sonra 19 xalla 13-cü pillədə qərarlaşıb.



