Madrid “Real”ının və İngiltərə milli komandasının futbolçusu Cud Bellingem hazırda dünyanın ən bahalı müdafiəçisidir.
Arena.az məlumat verir ki, “Transfermarkt” internet-portalı aralıq yeniləmələrin nəticələrinə əsasən dünyanın ən bahalı yarımmüdafiəçilərinin siyahısını dərc edib.
“Real” ingilis mərkəz yarımmüdafiəçisi 180 milyon avro məbləğində transfer dəyəri ilə dünyanın ən bahalı yarımmüdafiəçisidir.
“Bayern”in almaniyalı hücumameylli yarımmüdafiəçisi Camal Musiala siyahıda 2-cidir. “Arsenal”ın ingilis dayaq yarımmüdafiəçisi Deklan Rays isə 3-cü pillədə yer alıb. Hər iki futbolçunun transfer dəyəri 110 milyon avro məbləğində qiymətləndirilir. “Mançester Siti”də çıxış edən ispan yarımmüdafiəçi Rodri də onlarla eyni qiymətdədir.
Ən bahalı yarımmüdafiəçilərin ilk onluğunu təqdim edirik:
- Cud Bellingem (“Real”, 180 milyon avro);
- Camal Musiala (“Bayern”, 110 milyon avro);
- Deklan Rays (“Arsenal”, 110 milyon avro);
- Rodriqo “Rodri” Ernandes (“Mançester Siti”, 110 milyon avro);
- Florian Virts (“Bayer”, 100 milyon avro);
- Federiko Valverde (“Real”, 100 milyon avro);
- Qavi (“Barselona”, 90 milyon avro);
- Pedri (“Barselona”, 90 milyon avro);
- Eduardo Kamavinqa (“Real”, 90 milyon avro);
- Moyses Kaysedo (“Çelsi”, 90 milyon avro).


