Eddi Hau “Liverpul”a məğlubiyyətə dair çox qısa açıqlama verdi

“Nyukasl”ın baş məşqçisi Eddi Hau “sağsağanlar”ın Premyer Liqanın 20-ci turunda “Liverpul”a məğlubiyyətini (2:4) şərh edib.

Arena.az ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyunçularım bütün güclərini qoydular. Əminəm ki, zaman keçdikcə istədiyimiz nəticələri əldə edəcəyik”, deyə Eddi Hau qısaca bildirib.

Hazırda, “Liverpul” Premyer Liqada keçirdiyi 20 oyundan 45 xalla turnir cədvəlinin vahid lideridir. “Nyukasl” 29 xalla 9-cu pillədə qərarlaşıb.