Banda – Beynəlxalq arenada ən çox qol vurmuş qadın futbolçu

Qadınlardan ibarət Zambiya millisinin və “Şanxay”ın (Çin) üzvü Barbra Banda 2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçudur.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş qadın futbolçuların siyahısını açıqlayıb.

Siyahıya zambiyalı hücumçu Banda başçılıq edir. O, geridə qalan ildə 15 qola imza atıb. Maraqlıdır ki, Barbranın bütün qolları milli komandanın heyətində qeydə alınıb.

İspaniya yığmasının və “Barselona”nın futbolçu Salma Paralluelo 14 qolla ikinci yeri tutub. Avstraliya milli komandasının və İngiltərənin “Çelsi” klubunun üzvü Samanta Kerr isə siyahının üçüncü pilləsindədir.

2023-cü ildə beynəlxalq oyunlarda ən azı 10 qol vurmuş qadın futbolçular

  1. Barbra Banda (“Şanxay”, Zambiya) – 15 qol (hamısı millidə)
  2. Salma Paralluelo (“Barselona”, İspaniya) – 14 (klubda 6, millidə 8)
  3. Samanta Kerr (“Çelsi”, Avstraliya) – 13 (klubda 5, millidə 8)
  4. Temva Çavinqa (“Vuhan”, Malavi) – 12 (hamısı millidə)
  5. Reyçel Kundananji (“Madrid CFF”, Zambiya) – 12 (hamısı millidə)
  6. Melşi Dumorne (“Reyms”/“Olimpik”, Lion, Haiti) – 11 (hamısı millidə)
  7. Aleksandra Popp (“Volfsburq”, Almaniya) – 11 (klubda 5, millidə 6)
  8. Linet Berensteyn (“Yuventus”, Niderland) – 10 (hamısı millidə)
  9. Ester Qonsales Rodriqes (“Real”, İspaniya) – 9 (hamısı millidə)
  10. Kiana Palasios (“Klub Amerika”, Meksika) – 9 (hamısı millidə)
  11. Vanq Şuanq (“Luizvill”, Çin) – 9 (hamısı millidə)
  12. Heyli Buqeja (“İnter”, Malta) – 9 (hamısı millidə)
  13. Şeron Bek (“Köln”, İsrail) – 9 (hamısı millidə)
  14. Eva Payor (“Volfsburq”, Polşa) 9 (klubda 2, millidə 7)
  15. Aytana Bonmati (“Barselona”, İspaniya) – 9 (klubda 3, millidə 6)
  16. Kaditianu Diani (PSJ/“Olimpik”, Lion, Fransa) – 9 (klubda 5, millidə 4)
  17. Bia Zaneratto (“Palmeyras”, Braziliya) – 9 (klubda 6, millidə 3)
  18. Kiko Seyke (“Urava Red Daymonds”, Yaponiya) – 9 (klubda 6, millidə 3)
Xəbəri sosial şəbəkələrdə paylaş: