İtaliyanın “Milan” klubu 19 yaşlı qapıçısı Lapo Nava ilə razılığa gələrək onunla müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Lapo Nava “Milan”ın öz yetirməsidir. 19 yaşlı italyan qolkiper hələlik “qırmızı-qaralar”ın əsas komandasının heyətində debüt şansı qazanmayıb.


