Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Roma” – “Atalanta” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Empoli”nin qonağı olan “Milan” 3 cavabsız qolla qalib gəlib. Səfərdə “Torino” ilə qarşılaşan son çempion “Napoli” isə 3 cavabsız qolla məğlub olub.
“Udineze” evdə “Latsio”ya, “Salernitana” da “Yuventus”a oxşar hesabla (1:2) məğlub olub.
Beləliklə, 19 turdan sonra 48 xala malik “İnter” vahid liderdir. “Yuventus” 46 xalla ikinci, “Milan” 39 xalla üçüncü pillədə qərarlaşıb. “Fiorentina”nın 33, “Bolonya”nın 32, “Atalanta” və “Latsio”nun 30, “Roma”nın 29, “Napoli”nin 28 xalı var.
İtaliya, A Seriyası
19-cu tur
5 yanvar
Bolonya – Cenoa 1:1
Qollar: De Silvestri, 90+6 – Qudmundsson, 20.
6 yanvar
İnter – Verona 2:1
Qollar: L.Martines, 13. Frattezi, 90+3 – Henri, 74.
Frozinone – Montsa 2:3
Qollar: Harrui, 56. Sule, 76-pen – Mota, 18. Karboni, 45. Sule, 55-öz qapısına.
Leççe – Kalyari 1:1
Qollar: Jandre, 31 – Oristanio, 68.
Sassuolo – Fiorentina 1:0
Qol: Pinamonti, 9.
7 yanvar
Empoli – Milan 0:3
Qollar: Loftus-Çik, 11. Jiru, 31. Traore, 88.
Torino – Napoli 3:0
Qollar: Sanabriya, 43. Vlaşiç, 52. Bonjorno, 66.
Udineze – Latsio 1:2
Qollar: Uolas, 59 – Pelleqrini, 12. Vesino, 76.
Salernitana – Yuventus 1:2
Qollar: Macciore, 39 – Junior, 65. Vlahoviç, 90+1.
Roma – Atalanta 1:1
Qollar: Dibala, 39-pen – Kopmeyners, 8.


