İspaniya Super Kuboku: “Real” dramatik qələbə ilə finalda – Video

Bu gün Səudiyyə Ərəbistanında təşkil olunmuş İspaniya Super Kuboku uğrunda ilk yarımfinal qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, startda Madridin iki nəhəng klubu – “Real” və “Atletiko” üz-üzə gəlib.

Kifayət qədər məhsuldar və dramatik məcrada keçən bu görüşün qalibi əlavə vaxtda müəyyənləşib. Yekunda qələbəni bayram edən tərəf “Real” olub. Nəticədə bu komanda ilk finalçı olub.

Digər yarımfinal görüşündə “Barselona” ilə “Osasuna” qarşılaşacaqlar.

Yarımfinaldan qalib ayrılmış komandalar yanvarın 14-də İspaniya Super Kuboku uğrunda həlledici oyunda üz-üzə gələcəklər.

İspaniya Super Kuboku
Yarımfinal
10 yanvar

Real – Atletiko 5:3
Qollar: Rüdiger, 20. Mendi, 29. Karvaxal, 85. Saviç, 116-öz qapısına. B.Dias, 120+2 – M.Ermoso, 6. Qrizmann, 37. Rüdiger, 78-öz qapısına.

11 yanvar

23:00. Barselona – Osasuna

Xəbəri sosial şəbəkələrdə paylaş: