“Milan”ın “İtaliya Kuboku lənəti” davam edir

“Milan” İtaliya Kubokunun 1/4 finalı çərçivəsində keçirilmiş oyunda doğma “Cüzeppe Meatsa”da “Atalanta”ya məğlub olub – 1:2.

Arena.az məlumat verir ki, beləliklə yarışın cari mövsümündə iştirakına xitam vermiş Milanın eyniadlı təmsilçisi artıq 21 ildir ki, İtaliya Kubokunda sanki lənətlənmişcəsinə, qalibiyyət əldə edə bilmir.

“Rossoneri” sonuncu dəfə 2003-cü ildə, özünün son möhtəşəm dönəmində İtaliya Kubokunu qazanıb. Sonuncu dəfə finala isə “Milan” 2018-ci ildə çıxıb və burada “Yuventus” tərəfindən “kötəklənib” – 4:0.

Yarışın yarımfinalına yüksəlmiş “Atalanta” bu mərhələdə “Fiorentina” ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: