Səudiyyə Ərəbistanında əcnəbi oyunçulara yeni məhdudiyyət

Səudiyyə Ərəbistanı Peşəkar Liqasında futbolçuların oyunlarda iştirakı ilə bağlı gələn mövsümdən yeni qaydalar qüvvəyə minəcək.

Arena.az bu barədə jurnalist-insayder Florian Plettenberqə istinadən məlumat verir.

Məlumata görə, dəyişikliklər həm xarici oyunçuların, həm də yerli oyunçuların oyunlarda iştirak müraciətlərinə təsir edəcək.

2024/2025 mövsümündən qüvvəyə minəcək dəyişikliklərin tam siyahısını təqdim edirik:

  • 8 əcnəbi oyunçu yaş məhdudiyyəti olmadan iştirak ərizəsində təqdim edilə bilər;
  • 2003-cü ildə və ya daha sonra anadan olmuş əlavə 2 əcnəbi həmçinin;
  • Hər bir klub 1998-ci ildə və ya daha sonra anadan olmuş 1 səudiyyəli futbolçunu qeydiyyatdan keçirməlidir;
  • bir oyunda yalnız 8/10 qeydiyyatdan keçmiş əcnəbi oynaya bilər. Bütün 10 oyunçu kubok yarışlarında oynaya bilər;
  • Komandanın iştirak ərizəsinin sayı 30-dan 25-ə endirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının 4 aparıcı klubunu (“Əl-Hilal”, “Əl-Nəsr”, “Əl-İttihad” və “Əl-Əhli”) maliyyələşdirən Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) qış transferlərinə məhdudiyyətlər tətbiq etdiyi barədə daha əvvəl məlumat verilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: