“Jirona” İspaniya Kubokunda 1/4 finala yüksəldi

Ötən gecə futbol üzrə İspaniya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Valensiya” doğma meydanda “Selta”ya, “Osasuna” da “Real Sosyedad”a uduzaraq mübarizəni dayandırıb. La Liqada möhtəşəm mövsüm keçirən “Jirona” isə “Rayo Valyekano” ilə ev oyunundan inamlı qələbə ilə ayrılaraq 1/4 finala vəsiqə qazanıb.

Xatırladaq ki, ilk oyun günündə “Atletik”, “Sevilya” və “Malyorka” da 1/4 finala yüksəlmişdilər.

İspaniya Kubokunda 1/8 finalın qalan oyunları bu gün keçiriləcək.

İspaniya Kuboku
1/8 final
16 yanvar

Xetafe – Sevilya 1:3
Qollar: Mata, 23 – S.Ramos, 8. Romero, 48; 55.

Atletik – Alaves 2:0
Qollar: Vilyalibre, 28; 60.

Tenerife – Malyorka 0:1
Qol: K.Larin, 120.

17 yanvar

Valensiya – Selta 1:3
Qollar: Pepelu, 29-pen – De la Torre, 14. Duvikas, 18; 80.

Osasuna – Real Sosyedad 0:2
Qollar: Oyarzabal, 57. Merino, 90+8.

Jirona – Rayo Valyekano 3:1
Qollar: Stuani, 15; 19-pen. Blind, 26 – Nteka, 36.

18 yanvar

22:30. Yunionista – Barselona
00:00. Atletiko – Real

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: