Xavi 1/4 finala vəsiqə haqda: “Daha aqressiv olmalıyıq”

“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın İspaniya Kral Kubokunun 1/8 final mərhələsini adlamasını şərh edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Xavi “Barselona”nın “Unionistas de Salamanka” ilə oyunda 3:1 hesablı qələbəsinə dair fikirlərini paylaşıb:

“Ola bilməz ki, futbolçularımız belə oyunlardan dərs almasınlar – amma həqiqətən daha aqressiv olmalıyıq. Bu oyunda aqressivlik, cəsarət və sakitlik tarazlığını qoruyub saxlamalı idik, amma bəzi hallarda bizdə bu əskik idi”, deyə ispaniyalı mütəxəssis bildirib.

Xatırladaq ki, 45-ci dəqiqəyə qədər “Barselona” “Uninistas de Salamanka”ya 0:1 hesabı ilə uduzurdu. Qarşılaşmada hesabı əvvəlcə, “blauqrana”nın hücumçusu Ferran Torres bərabərləşdirib. Daha sonra 69-cu dəqiqədə müdafiəçi Jül Kunde “Barselona”nı önə keçirib – 2:1. 73-cü dəqiqədə isə Aleks Balde “Barselona”nın qələbəsini rəsmiləşdirib – 3:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: