Sadio Mane mətbuatı tənqid etdi: “Bu, sizin üçün kədərlidir”

“Əl-Nəsr”in seneqallı hücumçusu Sadio Mane Ərəbistanda Avropada oynadığı vaxtdan daha az diqqət gördüyünə dair iddialardan danışıb.

Arena.az “The Associated Press” agentliyinə istinadən Manenin bu barədə fikirlərini təqdim edir:

“Siz jurnalistlər belə düşünürsünüz, çünki mən Avropada deyiləm. Bu, sizin üçün kədərlidir, uşaqar. Çünki sizin üçün Avropada oynamayan futbolçunun daha mənası yoxdur. Mən bir futbolçu kimi sizin üçün artıq mövcud deyiləm.

Xoşbəxtlikdən, deyə bilərəm ki, Səudiyyə Liqası çox yaxşı liqadır və dünyada hamı onu izləyir. Burada əlimdən gələni etdiyim və hər dəqiqədən həzz aldığım müddətdə məni dəstəkləmək daha vacibdir. Qalanının mənim üçün heç bir əhəmiyyəti yoxdur”, deyə seneqallı ulduz bildirib.

Xatırladaq ki, Mane 2023-cü ilin yay transfer pəncərəsi zamanı, avqustda “Bayern”lə əməkaşlığına xitam verərək, 30 milyon avro müqabilində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Manenin “Əl-Nəsr”lə müaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mane “Əl-Nəsr”in heyətində 26 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Sadio Mane 2012-ci ilin may ayında debüt etdiyi Seneqal yığmasının heyətində 101 oyuna çıxıb, 40 qol vurub, 23 məhsuldar ötürmə verib. Sadio “Teranqa şirləri” ilə Afrika Millətlər Çempionatının (2022) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı Sadio Maneni 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: