Basketbol: “Sabah” növbəti qələbə ilə zirvədə qaldı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında son çempion “Sabah” “NTD-İndiqo”nun qonağı olub. Xaçmazdakı qarşılaşma paytaxt təmsilçisinin 83:79 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra “Sabah” çempionatın vahid lederi mövqeyini qoruyub.

Daha öncə “Sərhədçi” “Şəki”yə 112:82, “Neftçi” “Cəlilabad”a 72:63, “Xəzri” “Gəncə”yə 96:89, “Xırdalan” “Sumqayıt”ı 100:90 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (11 oyun, 10 qələbə, 1 məğlubiyyət) – 21 xal
  2. Xəzri (11 oyun, 9 qələbə, 2 məğlubiyyət) – 20 xal
  3. NTD-İndiqo (11 oyun, 9 qələbə, 2 məğlubiyyət) – 20 xal
  4. Neftçi (11 oyun, 7 qələbə, 4 məğlubiyyət) – 18 xal
  5. Xırdalan (11 oyun, 6 qələbə, 5 məğlubiyyət) – 17 xal
  6. Cəlilabad (11 oyun, 4 qələbə, 7 məğlubiyyət) – 15 xal
  7. Sərhədçi (11 oyun, 4 qələbə, 7 məğlubiyyət) – 15 xal
  8. Sumqayıt (11 oyun, 3 qələbə, 8 məğlubiyyət ) – 14 xal
  9. Gəncə (11 oyun, 3 qələbə, 8 məğlubiyyət) – 14 xal
  10. Şəki (11 oyun, 11 məğlubiyyət) – 11 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: