Azərbaycan millisi ilk dəfə Avropa çempionatına qatılacaq

21 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sabah 21 yaşadək stolüstü tennisçilərin Avropa çempionatına start veriləcək. Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Söhbət Zemfira Mikayılova ilə Ləman Abdulhəmidovadan gedir. Onlar milli komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə yarışda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə bu çempionata qatılır. Zemfira Mikayılova ilə Ləman Abdulhəmidova isə şəxsi reytinqlərinə əsasən yarışda iştirak hüququna yiyələniblər.

Avropa çempionatına yanvarın 28-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: