“İnter Mayami”nin ulduzları – Lionel Messi, Luis Suares və Serxio Buskets arvadları ilə Mayamidə ailəvi restoranlardan birinə baş çəkiblər.
Arena.az məlumat verir ki, köhnə dostlar sadəcə olaraq istirahət etmək, bir qədər əylənmək və qayğılarını qovmaq istəyiblər.
Xatırladaq ki, yanvarın 23-də “İnter Mayami” yoldaşlıq görüşündə “Dallas”a 0:1 hesabı ilə məğlub olub. Buna qədər “vağlar” El Salvador yığması ilə “quru” hesablı heç-heçə oynamışdılar – 0:0.
“İnter Mayami” növbəti görüşünü yoldaşlıq oyunu çərçivəsində yanvarın 29-da “Əl-Hilal”a qarşı keçirəcək.
Xatırladaq ki, MLS-in yeni mövsümü fevralın 22-də başlacaq. Mövsümün ilk oyununda “İnter Mayami” “Real Solt-Leyk” komandası ilə qarşılaşacaq.



