Serbiyanın “Srvena Zvezda” komandasının 18 yaşlı sağ cinah müdafiəçisi Kosta Nedelkoviç “Aston Villa”ya transfer olub.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Aston Villa” bu transfer üçün Serbiya klubuna 7,6 milyon avro ödəyib. Tərəflər arasında uzunmüddətli müqavilə imzalandığı qeyd edilsə də, müddət açıqlanmayıb. Həmçinin müqavilə şərtlərinə əsasən, serbiyalı müdafiəçi cari mövsümün qalan hissəsini icarə əsasında “Srvena Zvezda”nın heyətində keçirəcək. O, İngiltərə klubuna yayda qoşulacaq.
Qeyd edək ki, Kosta Nedelkoviç “Srvena Zvezda”nın öz yetirməsidir. O, Serbiya klubunun əsas komandasının heyətində 18 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı müdafiəçinin dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.


