“Ayntraxt” fransalı sol vinger Jan-Matteo Baoyyanı Fransa Liqa 2 təmsilçisi “Anje”dən tamhüquqlu əsasda heyətinə qatıb.
Arena.az bu barədə Frankfurt “Ayntraxt”ının mətbuat xidmətinə istinadən məlumat verir.
Transfer alman klubuna 8 milyon avro məbləğində başa gəlib. Frankfurt klubu Baoyya ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Jan-Matteo Baoyya “Anje”nin yetirməsidir.
Cari mövsümün ilk yarısında Baoyya “Anje”nin heyətində 21 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
Jan-Matteo Baoyya Fransanın U-18 (2 oyun) və U-19 (4 oyun) yığmalarına cəlb edilib.
“Transfermarkt” internet-portalı 18 yaşlı fransalı sol vingerin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.



