İngiltərənin “Aston Villa” klubunun və Belçika yığmasının dayaq yarımmüdafiəçisi Leander Dendonker “Napoli”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.
28 yaşlı futbolçu bu mövsümün sonuna kimi İtaliya A Seriyasında çıxış edəcək. Belçikalı oyunçunun icarə müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Leander Dendonker “Anderlext”in yetirməsidir. O, “Aston Villa”dan öncə “Vulverhempton”da da çıxış edib. “Aston Villa” Dendonkeri 2022-ci ilin sentyabrında məhz “Vulverhempton”dan 15 milyon avroya transfer etmişdi. O, Premyer Liqa klubunun heyətində 36 oyuna çıxıb və 1 qola imza atıb.
Dayaq yarımmüdafiəçisi Belçika milli komandasında 32 oyuna çıxıb, 1 qola imza atıb.



