A Seriyası: “Milan”la “Yuventus” evdə xal itirdilər

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Atalanta” doğma meydanda “Udineze”yə 2 cavabsız qolla qalib gəlib.

Lider “Yuventus” doğma meydanda qarşılaşdığı “Empoli” ilə oyundan xal itkisi ilə ayrılıb.

Dörd qolun qeydə alındığı “Milan” – “Bolonya” matçında da qalib müəyyənləşməyib.

26-cı turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İtaliya, A Seriyası
22-ci tur
26 yanvar

Kalyari – Torino 1:2
Qollar: Viola, 77 – Sapata, 23. Riççi, 45+3.

27 yanvar

Atalanta – Udineze 2:0
Qollar: Mirançuk, 33. Skamakka, 45+1.

Yuventus – Empoli 1:1
Qollar: Vlahoviç, 50 – Baldanzi, 70.

Milan – Bolonya 2:2
Qollar: Loftus-Çik, 45; 83 – Zirkze, 29. Orsolini, 90+2-pen.

28 yanvar

15:30. Cenoa – Leççe
18:00. Montsa – Sassuolo
18:00. Verona – Frozinone
21:00. Latsio – Napoli
23:45. Fiorentina – İnter

29 yanvar

23:45. Salernitana – Roma

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: