Səudiyyə Ərəbistanının ulduz futbolçularının həyat yoldaşları ərəb ölkəsinin həyat tərzinə uyğunlaşmaqda çətinlik yaşayırlar.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, futbolçuların bir neçəsinin həyat yoldaşı Səudiyyə Ərəbistanında üzləşdikləri çətinliklərdən və fəsadlardan məxfi şəkildə danışıblar. O cümlədən, bir qadın çılpaq çiyinləri örtülmədiyi üçün ticarət mərkəzinə buraxılmadığını bildirib.
Başqa bir futbolçunun arvadı ictimai yerlərdə, hətta çimərlikdə belə şort geyinə bilmədiyindən gileylənib. Qadın həmçinin əlavə edib ki, çiyinləri və ayaqları açıq olduğu üçün onun üstünə qışqırıblar.
Qadınalr həmçinin bildiriblər ki, Səudiyyə Ərəbistanında yerli qadınlar onları təhqir edirlər. Zənənlər küçəyə, çöl-bayıra çıxdıqda özlərini təbii və rahat hiss edə bilmədiklərindən şikayətləniblər.


