A Seriyası: “İnter” qalib gəldi, “Napoli” yenə xal itirdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Latsio” – “Napoli” matçında qapılara qol vurulmayıb. “Verona” – “Frozinone” oyununda da qalib müəyyənləşməyib.

“Cenoa” doğma meydanda “Leççe”ni, “Montsa” isə “Sassuolo”nu məğlub edib.

Səfərdə “Fiorentina” ilə qarşılaşan lider “İnter” isə turu çətin qələbə ilə başa vurub.

26-cı tura sabah keçiriləcək “Salernitana” – “Roma” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
22-ci tur
26 yanvar

Kalyari – Torino 1:2
Qollar: Viola, 77 – Sapata, 23. Riççi, 45+3.

27 yanvar

Atalanta – Udineze 2:0
Qollar: Mirançuk, 33. Skamakka, 45+1.

Yuventus – Empoli 1:1
Qollar: Vlahoviç, 50 – Baldanzi, 70.

Milan – Bolonya 2:2
Qollar: Loftus-Çik, 45; 83 – Zirkze, 29. Orsolini, 90+2-pen.

28 yanvar

Cenoa – Leççe 2:1
Qollar: Reteqi, 70. Ekuban, 76 – Krstoviç, 31.

Montsa – Sassuolo 1:0
Qol: Kolpani, 31.

Verona – Frozinone 1:1
Qollar: Suslov, 45+3-pen – Kayo Jorje, 58.

Latsio – Napoli 0:0

Fiorentina – İnter 0:1
Qol: Lautaro Martines, 14.

29 yanvar

23:45. Salernitana – Roma

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: