Fransa çempionu PSJ-nin və İtaliyanın U-21 yığmasının mərkəz yarımmüdafiəçisi Şer Ndur Portuqaliyanın “Braqa” komandasına keçib.
Arena.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Portuqaliya klubu 19 yaşlı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Xəbərdə bildirilir ki, icarə müddəti bu mövsümün sonunadəkdir və müqavilədə satınalma şərti yoxdur. Hücumameyilli yarımmüdafiəçi Paris klubunda 10 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Şer Ndur İtaliyanın “Atalanta” və Portuqaliyanın “Benfika” klublarının yetirməsi hesab olunur. O, PSJ-yə 2023-cü ilin yayında azad agent kimi qoşulub. Ndur Paris təmsilçisinin əsas komandasında 4 oyuna çıxıb və 1 qola imza atıb.
“Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.



