Futbol üzrə İspaniya yığmasının sabiq üzvü, hazırda “Sevilya”da çıxış edən Serxio Ramos XXI əsrdə ən çox qol vurmuş müdafiəçidir.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vurmuş müdafiəçilərin siyahısını açıqlayıb.
Birinci pillədə məhz Ramos qərarlaşıb. 37 yaşlı müdafiəçi 137 qolla yadda qalıb. Şotlandiyanın “Reyncers” komandasından Ceyms Tavernyer (105 qol) ikinci, Estoniya təmsilçisi “Levadiya”dan Markus Yürgenson (85 qol) üçüncü sıradadır.
21-ci əsrdə karyerası ərzində ən azı 50 qol vurmuş müdafiəçilər:
- Serxio Ramos (İspaniya) – 137 qol
- Ceyms Tavernyer (İngiltərə) – 105 qol
- Markus Yürgenson (Estoniya) – 85 qol
- Kollin Koates (Şimali İrlandiya) – 81 qol
- Dario Srna (Xorvatiya) – 79 qol
- Espen Ruud (Norveç) – 76 qol
- Roland Yuhaş (Macarıstan) – 74 qol
- Branislav İvanoviç (Serbiya) – 73 qol
- Con Terri (İngiltərə) – 73 qol
- Corc Horan (İngiltərə) – 68 qol
- Bbesnik Krasniqi (Kosovo) – 68 qol
- Con Arne Riise (Norveç) – 67 qol
- Aleksandr Kolarov (Serbiya) – 67 qol
- Yohan Larsson (İsveç) – 65 qol
- Daniel Van Buyten (Belçika) – 64 qol
- Gert Kams (Estoniya) – 64 qol
- Sergey İqnaşeviç (Rusiya) – 63 qol
- Jerar Pike (İspaniya) – 61 qol
- Yan Vertongen (Belçika) – 57 qol
- Vircil van Deyk (Niderland) – 56 qol
- David Alaba (Avstriya) – 55 qol
- Mikael Lustiq (İsveç) – 55 qol
- Daniel Mastoroviç (İsveç) – 55 qol
- Dedi Ben Dayan (İsrail) – 55 qol
- Kristoffer Andersson (İsveç) – 55 qol
- Mato Neretyak (Xorvatiya) – 54 qol
- Roman Kratoxvil (Slovakiya) – 54 qol
- Vilmos Vançak (Macarıstan) – 53 qol
- Domaqoy Vida (Xorvatiya) – 52 qol
- Billi Co Börns (Şimali İrlandiya) – 51 qol
- Pepe (Portuqaliya) – 50 qol


