Luis Fernandes: “PSJ rəhbərliyi klubun ənənələrinə hörmət qoymur”

PSJ-nin sabiq futbolçusu Luis Fernandes Fransa nəhənginin cari rəhbərliyini klubun ənənələrinə hörmət etmək istəmədiklərinə görə tənqid edib.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, bir müddət əvvəl 64 yaşlı Fernandesin PSJ-nin ev arenası olan “Park de Prens”də “Fəxri Legion Ordeni” ilə təltif edilməsinə imtina edilmişdi:

“Mən məyus oldum, çünki PSJ klubun veteranlarını tanımır. Bunu nəhayət, Çempionlar Liqasında “Milan”la oyunda mənə orden verməkdən imtina edəndə başa düşdüm. Çox kədərlidir.

PSJ sədaqətlə xidmət edən və klubunun formasını ləyaqətlə geyinmiş kifayət qədər insana hörmət etmir. İspaniya, İtaliya və Almaniyada komandalar daha çox keçmiş oyunçularına müraciət edirlər. Ancaq Fransada, nəinki PSJ-də veteranlara çox vaxt məhəl qoyulmur.

Klubların ağsaqqalları hörməti hakimiyyəti ələ keçirmək üçün deyil, faydalı olmaq və komandanın keçmişini və tarixini xatırlatmaq üçün istəyirlər”, deyə Fernandes vurğulayıb.

Fernandes 1978-1986-cı illər aralığında 8 il PSJ-də çıxış edib. O, Paris klubunun heyətində 3 kubok qazanıb.

Luis Fernandes həmçinin 1994-1996-cı və 2000-2003-cü illərdə komandanın baş məşqçisi çalışıb. O, bu dövrlərdə PSJ-yə 4 kubok qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: