A Seriyası: “Milan”dan “Frozinone” üzərində çətin qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Empoli” – “Cenoa” və “Udineze” – “Montsa” oyunlarında qapılara qol vurulmayıb.

Beş qolun vurulduğu “Frozinone” – “Milan” matçında qonaq komanda çətin qələbəyə sevinib. Altı qolluq “Bolonya” – “Sassuolo” görüşündə isə qələbəni meydan sahibləri bayram ediblər.

23-cü turun qalan görüşləri 4-5 fevralda keçiriləcək.

İtaliya, A Seriyası
23-cü tur
2 fevral

Leççe – Fiorentina 3:2
Qollar: Udin, 17. Pikkoli, 90. Dorqu, 90+2 – Mandraqora, 50. Beltran, 67.

3 fevral

Empoli – Cenoa 0:0

Udineze – Montsa 0:0

Frozinone – Milan 2:3
Qollar: Sule, 24-pen. Massitelli, 65 – Jiru, 17. Qabbya, 72. Yoviç, 81.

Bolonya – Sassuolo 4:2
Qollar: Viti, 24-öz qapısına. Fabbian, 73. Ferquson, 83. Salemakers, 86 – Torstvedt, 13. Volpato, 34.

4 fevral

15:30. Torino – Salernitana
18:00. Napoli – Verona
21:00. Atalanta – Latsio
23:45. İnter – Yuventus

5 fevral

23:45. Roma – Kalyari

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: