Kristiano Ronaldo məşqdən sonra günəş şüaları atında qaralır

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo məşqdən sonra günəş vannası qəbul edərkən çəkilmiş fotosunu paylaşıb.

Arena.az məlumat verir ki, Ronaldo özünü sosial şəbəkə hesalı üzərindən paylaşdığı fotosunu şərh edib:

“Məşqdən sonra azacıq günəş işığını heç nə əvəz edə bilməz”.

Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal hücumçu ərəb komandasının düşərgəsinə 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar ötürmə verib. O, bu komandada indiyə qədər bütövlükdə 44 oyuna çıxıb, 38 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Ronaldo “Əl-Nəsr”dən öncə “Mançester Yunayted”, “Yuventus”, “Real” və “Sportinq” (Lissabon) kimi klubların da formasını geyinib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib. “Kriş” bu oyunlarda 128 qola imza atıb və 46 məhsuldar ötürmə verib.

Kristiano Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı portuqal hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: