Argentina gənclər yığmasının baş məşqçisi Xavyer Maskerano hücumçu Lionel Messini komandaya dəvət etməyə hazır olduğunu açıqlayıb.
Arena.az ESPN dərgisinə istinadən məlumat verir ki, o, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakının Messinin öz qərarından asılı olduğunu bildirib:
“Mənim Messi ilə münasibətimi, onunla dostluğumu daha hamı bilir. Onun kimi oyunçu Olimpiya Oyunlarında bizə kömək edə bilər. Aydındır ki, qərar ondan və şəraitdən asılı olacaq”, deyə Maskerano bildirib.
Nizamnaməyə əsasən, Parisdə keçiriləcək yarış zamanı yaşı 23-dən çox olmayan futbolçular 2024-cü il Olimpiya Oyunlarında mübarizə apara biləcəklər. Hər komandanın 18 nəfərlik heyətinə 23 yaşdan yuxarı 3 futbolçunu daxil etmək hüququ var.
Xatırladaq ki, Argentina yığması müvafiq seçmə turnirdə Braziliyaya millisinə 1:0 hesabı ilə qalib gələrək 2024-cü il Olimpiya Oyunlarına vəsiqə qazanıb.


